8 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda bank kartların sayı və nağdsız ödənişlər sürətlə artır – İCMAL

Azərbaycanın bank sistemi üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 153 min ədəd artaraq 12 milyon 925 min ədəd təşkil edib.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21.1% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 20.2%, kredit kartları üzrə 27.6% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 95 min, kredit kartları 368 min, digər kartlar isə 1.8 mln. ədəd artıb.

“Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib” – deyə, Mərkəzi Bankdan bildirilir.

Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb. 2022-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 mlrd. 306.5 mln. manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 1 mlrd. 757 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 546 mln. manatı POS-terminallar, 2.5 mln. manatı isə ödəniş terminallarının vasitəsilə gerçəkləşib.

Oktyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 44.4%- ni təşkil edib.

AMB-dən bildirilir ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 3.3%, POSterminalların sayı isə 23% artıb. 31 oktyabr 2022-ci il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 483, şöbələrinin sayı 94, ATM-lərin sayı 2 965 olub.

q242342342342423

 

Son xəbərlər
Digər xəbərlər