8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda bank kartlarının sayı 13 milyonu geridə qoyur – Hər 100 adama 130 ədəd bank kartı

Azərbaycanda bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı noyabr ayının sonunda ötən aya nəzərən 152 min ədəd artaraq 13 milyon 132 min ədəd təşkil edib.

Bunu Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.9% artmış olub.

Ödəniş kartlarında artım debet kartları üzrə 20.1%, kredit kartları üzrə 26.6% təşkil etmişdir.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 186 min, kredit kartları 364 min, digər kartlar isə 1.7 mln. ədəd artmışdır.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artmışdır. 2022-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2524 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 1908 mln. manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 613 mln. manatı POS-terminallar, 2.4 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir.

Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 47.4%-ni təşkil etmişdir.

Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin noyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 3.2%, POS-terminalların sayı 27% artmışdır.

Son xəbərlər
Digər xəbərlər