10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bank kartlarının sayı 15 milyonu keçib, nağdsız ödənişlər kəskin artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının
sayı iyun ayının sonunda ötən aya nəzərən 299 min ədəd artaraq 15 milyon 40
min ədəd təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.8% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 17.7%, kredit kartları üzrə 26.3% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 107 min, kredit kartları 421 min, digər kartlar isə 1.7 mln. ədəd artıb.

Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə artmışdır. 2023-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3625 mln. manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 2867 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 751 mln. manatı POS-terminallar, 6 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 52.3%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər