18 C
Baku
Monday, April 29, 2024

Azərbaycanda bank kartlarının sayı 306 min ədəd artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyul ayının sonunda ötən aya nəzərən 306 min ədəd artaraq 15 milyon 346 min ədəd təşkil edib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.5% artmışdır.

Ödəniş kartlarında artım debet kartları üzrə 18.7%, kredit kartları üzrə 24.5% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 110 min, kredit kartları 404 min, digər kartlar isə 1.8 mln. ədəd artıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər