9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda bank kartlarının sayı iyulda 185 min ədəd artıb

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2022-ci ilin iyul ayında iyun ayı ilə müqayisədə 185 min ədəd artaraq 12 milyon 429 min ədədə çatıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəkbər verir.

İyul ayında əməkhaqqı kartları 22 min ədəd artaraq 2 milyon 691 min ədədə, digər debet kartlarının sayı 125 min ədəd artaraq 4 milyon 701 min ədədə, kredit kartlarının sayı isə 32 min ədəd artaraq 1 milyon 583  min ədədə yüksəlib.

Sosial kartların sayı isə 6 min ədəd artaraq 3 milyon 454 min ədədə çatıb.

Son xəbərlər
Digər xəbərlər