7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda bank müştərilərinin sayı 10 milyona yaxınlaşır

Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin aprel ayına  9 722 780 nəfər təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2020-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 8 251 648 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 1 471 132 nəfər artması deməkdir.

Bu ilin mart ayında bank müştərilərinin sayı 9 435 486 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 287 294 nəfər artıb.

Bank müştərilərindən 9 605 368 nəfəri fiziki şəxslər, 117 412 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 286 872 nəfər, hüquqi şəxslərin sayı 422 nəfər artıb.

Son xəbərlər
Digər xəbərlər