5 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda bank müştərilərinin sayı 11 milyona yaxınlaşır

Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin avqust ayına  10 989 590 nəfər təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2020-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 8 678 449 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 2 311 141 nəfər artması deməkdir.

Bu ilin iyul ayında bank müştərilərinin sayı 10 714 685 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 274 905 nəfər artıb.

Bank müştərilərindən 10 863 873 nəfəri fiziki şəxslər, 125 717 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 272 428 nəfər, hüquqi şəxslərin sayı 2 477 nəfər artıb.

Son xəbərlər
Digər xəbərlər