Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin noyabr ayına 11 700 301 nəfər təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2020-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 8 988 582 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 2 711 719 nəfər artması deməkdir.
Bu ilin oktyabr ayında bank müştərilərinin sayı 11 417 007 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 283 294 nəfər artıb.
Bank müştərilərindən 11 574 951 nəfəri fiziki şəxslər, 125 350 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 285 758 nəfər artıb, hüquqi şəxslərin sayı 2 464 nəfər azalıb.