15 C
Baku
Tuesday, April 30, 2024

Azərbaycanda bank müştərilərinin sayı 7% artıb

Azərbaycanda 2023-cü ilin mart ayında bank müştərilərinin sayı 13 700 836 təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

İllik müqayisədə bank müştərilərinin sayı 885106 nəfər və ya 7% artıb. Ötən ilin eyni dövründə bank müştərilərinin sayı 12 815 730 olub.

2023-cü ilin mart ayı üzrə bank müştərisi olan fiziki şəxslərin sayı 13 559 384 nəfər, sahibkarlıqla məşğul olanların sayı 656 839 nəfər, hüquqi şəxslərin sayı isə 141 452 nəfər olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər