8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda banklararası kreditlər ucuzlaşıb

Bu ilin iyul ayında Azərbaycanda həm manat, həm də dollarda banklararası kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına deyilir.

Orta faiz manatla kreditlərdə illik 10,42%-dən 9,18%-ə, xarici valyutada 10,03%-dən 9,73%-ə enib.

Manatla kreditlərdə ən yüksək orta faiz dərəcəsi illik 20,62% olmaqla 30-90 günlük, ən aşağı isə illik 3% olmaqla 30 gündədək kreditlərdə qeydə alınıb. Xarici valyutada kreditlərdə isə ən yüksək orta faiz illik 17,22% olmaqla 30-90 günlük, ən aşağı isə illik 1,22% olmaqla 30 günədək kreditlərdə olub.

Son xəbərlər
Digər xəbərlər