25 C
Baku
Monday, April 29, 2024

Azərbaycanda bankların aktivləri ₼46 milyardı keçdi

Azərbaycanda fəaliyyətdə olan bankların 1 dekabr 2023-cü il tarixinə cəmi aktivləri 46 mlrd. 172.5 mln. manat, cəmi öhdəlikləri 40 mlrd. 160.4 mln. manat, balans kapitalı 6 mlrd. 12.1 mln. manat olub.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinad edir.

Noyabr ayında bankların cəmi aktivləri və balans kapitalı müvafiq olaraq 0.1% və 1.7% artmış, сəmi öhdəlikləri isə 0.2% azaldılıb.

Noyabr ayında bankların kredit portfeli 1.9% və ya 421.5 mln. manat artaraq 22 mlrd. 881.2 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.3% (12,421.2 mln. manat); ıı) istehlak kreditləri – 30% (6,869.7 mln. manat) və ııı) ipoteka kreditləri – 15.7% (3,590.3 mln. manat). Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 174.8 mln. manat (1.4%), 118.4 mln. manat (1.8%) və 128.3 mln. manat (3.7%) artmışdır. Ümumilikdə, cari ilin 11 ayında bankların kredit portfeli 16.8% və ya 3.3 mlrd. manat artmışdır. Kredit portfelinin artımının 47.7%-i biznes, 33.9%-i istehlak, qalan 18.4%-i isə ipoteka kreditləri hesabına təmin edilib.

Fəaliyyətdə olan bankların cəmi aktivləri 46 mlrd. 172.5 mln. manat, cəmi öhdəlikləri 40,160.4 mln. manat, balans kapitalı 6,012.1 mln. manat olmuşdur. Noyabr ayında bankların cəmi aktivləri və balans kapitalı müvafiq olaraq 0.1% və 1.7% artmış, сəmi öhdəlikləri isə 0.2% azalıb.

Noyabr ayında bankların kredit portfeli 1.9% və ya 421.5 mln. manat artaraq 22,881.2 mln. manat olub.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 54.3% (12 mlrd. 421.2 mln. manat);
ıı) istehlak kreditləri – 30% (6 mlrd. 869.7 mln. manat) və
ııı) ipoteka kreditləri – 15.7% (3 mlrd.590.3 mln. manat).

Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 174.8 mln. manat (1.4%), 118.4 mln. manat (1.8%) və 128.3 mln. manat (3.7%) artıb. Ümumilikdə, cari ilin 11 ayında bankların kredit portfeli 16.8% və ya 3.3 mlrd. manat artıb. Kredit portfelinin artımının 47.7%-i biznes, 33.9%-i istehlak, qalan 18.4%-i isə ipoteka kreditləri hesabına təmin edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər