15 C
Baku
Tuesday, May 14, 2024

Azərbaycanda bankların aktivləri 38 mlrd. manatı ötüb

2021-ci ildə Azərbaycanın bank sektorunun aktivləri 38 mlrd. 462.2 mln. manat təşkil edib. Ötən ilin dekabr ayı ərzində aktivlərin həcmində 2 mlrd. 857.7 mln. manat və ya 8% artım olub.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2021-ci ilin əvvəlindən sonuna qədər bankların aktivlərinin həcmi 5 mlrd. 739.4 mln. manat və ya 17.5% artıb.

Aktivlərin 43.3%-ini müştərilərə verilən kreditlər, 40.3%-ini xalis kreditlər təşkil edib.

aktiv

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər