8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bankların hərraclardakı dollar tələbi son 20 ayın maksimumuna yüksəlib

Azərbaycanda bankların dollar alışı 2020-ci ilin martından bu tərəfə ən yüksək həddə çıxıb.

Banklar tərəfindən noyabrın ilk 8 valyuta hərracında 711 milyon ABŞ dolları suveren fond ARDNF-dən alınıb. Bu da 2020-ci ildə banklar tərəfindən pandemiya səbəbindən kəskin qiymət itkisi fonunda əhalinin dollar alışına tələbin kəskin artdığı martdan bu tərəfə ən yüksək göstəricidir. Məlumat üçün bildirək ki, noyabrın son beş hərracında ardıcıl olaraq bankların dollar tələbi yüksəlib. Həmin son beş həraclarda müvafiq olaraq, 88.6 mln., 90.1 mln., 97.6 mln., 96.5 mln., 105.5 mln. dollarlıq xarici valyuta satılıb.

Öncəki hərraclarda Banker.az-ın proqnozlaşdırdığı kimi davam edərsə, noyabrda bankların aylıq dollar tələbi $800 milyon ətrafında olacaq.

Ayın son valyuta hərracı Mərkəzi Bankın planı üzrə gedərsə, noyabrın son iş gününə təsadüf edəcək.

333

Beləliklə, Dövlət Neft Fondu (ARDNF) ilin əvvəlindən indiyə qədər 5 milyard 559 milyon ABŞ dolları həcmində yerli banklar valyuta satmış olur.

Banklar Sanki Dolları "yastıq Altına" Yığır: Əhalidən Də Alır, Fonddan Da

Son xəbərlər
Digər xəbərlər