Azərbaycanda benzin istehsalı bu ildə ilk dəfə illik müqayisədə artıb

Azərbaycanda avtomobil benzini istehsalının həcmi 2025-ci ilin ilk doqquz ayında öncəki ayla müqayisədə bərpa olunduğu müşahidə edilir.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, avtomobil benzini ilk üç rübdə 1 milyon 81,3 min ton təşkil etməklə öncəki ildən 1 faiz çox olub.

Buna qədər isə benzin istehsalı öncəki illə müqayisədə 2 faiz aşağı idi.

Dizel istehsalının həcmində isə artım davam edir. Hesabat müddətində Azərbaycanın NEZ-i ümumilikdə 1 milyon 861,9 min ton dizel istehsal edilib.

Avtomobil yanacağı kimi istifadə edilən benzinin alternativi sayılan maye qazlar illik 11 faiz  169,2 min tona yüksəlib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər