17 C
Baku
Saturday, May 18, 2024

Azərbaycanda bir nəfər orta hesabla ayda 432 manatlıq məhsullar alıb

2022-ci ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin
51.6 faizi ərzaq məhsullarının, 4.7 faizi içkilər və tütün məmulatlarının, 14,1 faizi toxuculuq
məhsulları, geyim və ayaqqabıların, 5.3 faizi avtomobil benzini və dizel yanacağının, 4.8 faizi elektrik malları və mebellərin, 2.2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1.1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16.2 faizi isə digər qeyriərzaq mallarının alınmasına sərf olunub.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 431.8
manatlıq, o cümlədən 243.2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188.6
manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər