2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 4.2 faiz azalaraq 713.2 manat təşkil edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əməkhaqqı neft-qaz sektorunda 3 237.8 manat, qeyri neft-qaz sektorunda 660.4 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 634.6 manat, özəl müəssisələrdə isə 810 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Belə ki, bu ilin 3 ayında Mədənçıxarma sənayesində 3 197.8 manat, maliyyə və sığorta fəaliyyəti üzrə 1 633.1 manat, peşə, elmi və texniki fəaliyyət üzrə 1 104.9 manat, informasiya və rabitə sahəsində isə orta aylıq nominal əməkhaqqı ölkə üzrə 1 178.7 manat olub.