8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda koronavirus əleyhinə 4-cü doza vaksin də vurulacaq – RƏSMİ

“Koronavirus əleyhinə buster (qüvvətləndirici), yəni üçüncü dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, hazırda Azərbaycanda ilkin vaksinasiyadan 6 ay sonra buster və ya revaksinasiya mümkündür: “COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azalır. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün buster dozanın (3-cü doza) vurulması tövsiyə olunur”.

“Vətəndaş randevu.its.gov.az saytı üzərindən 3-cü doza üçün növbə götürəndə avtomatik olaraq 4-cü dozanın qəbulu tarixi qeyd olunur. Yəni, bu qayda peyvənd üçün ilk növbə götürmə prosesindəkinə oxşardır. Həmin vaxt da ikinci dozanın vurulma tarixi vətəndaşa ekranda göstərilir, yaxud da mobil nömrəsinə göndərilən sms-də bildirilir. Odur ki, 4-cü doza üçün əlavə növbə götürməyə ehtiyac yoxdur”.

Agentlik vaksinaya prosesinin gedişatı ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməyi tövsiyə edib.

Xatırladaq ki, Azərbaycanda bu günə qədər 9 469 618 vaksin vurulub.

 

MənbəUnikal.org
Son xəbərlər
Digər xəbərlər