Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ləğv edilib.
Banker.az-ın Vergilər Nazirliyinə istinadən xəbərinə görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ləğv edilib. İşçi Qrupu bütün təşkilatlara debitor və kreditor borc barədə xəbərdarlıq edir və kreditorlar tələblərini bu elan dərc edildiyi gündən etibarən 20 gün ərzində Bakı şəhəri, Səbail rayonu, Hökumət evi, otaq 167-ə göndərə bilərlər.
Qeyd edək ki, ləğv edilmə səbəbi kimi Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2019-cu il tarixli Fərmanı əsas göstərilir.