2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda daha bir məktəblə bağlı cinayət işi açıldı

Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Banker.az xəbər verir ki, bu barədə Cəlilabad rayon prokurorluğunun məlumatında deyilir.

Məlumata görə, qeyd edilən məktəbdə 2022-ci ildə tədris edilməmiş dərs saatları və dərsdənkənar məşğələlərə görə əmək haqqı ödənilməsi nəticəsində dövlət büdcəsinə ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər