“Media Consulting & Services” bildirir ki, Azərbaycanda 22861 ədəd bank adı hallanıb.
Banker.az həmin siyahını ilk üçlüyü sizə təqdim edir:
- ABB -1402
- Bank Standard – 802
- Kapital Bank – 757
Bankların media aktivliyi yanvar ayında dekabr ayı ilə müqayisədə passiv olub. Media monitorinq şirkəti bildirir ki, 2017-cı ilin dekabr ayında 27890 bank adı hallanan yazı müşahidə edilmişdi.
Hesabat ayında əvvəlki aylardan fərqli olaraq Bank Standardın adının çox hallanmasını qeyd edə bilərik. “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisinin cinayət işinin istintaqının başa çatması ilə bağlı yayaılan xəbərlərdə Bank Standardın adının keçməsi artıq bağlanmış bank haqqında məlumatların sayının artmasına səbəb olub. Hesabat dövründə bank sektorunun əsas mövzuları bankların bağlanması (və ya bağlanacağı), əmanətlərin və kreditlərin qaytarılmaması ilə bağlıdı.