Azərbaycanda depozitlər xarici valyutada artıb, manatda azalıb

Azərbaycan banklarında xarici valyutada olan əmanətlərin həcmi 2019-cu ilin ilk ayında artıb, manatda azalıb.

Banker.az bu barədə AMB-nin statistik göstəricilərinə istinadən xəbər verir.

Hesabata görə, 2019-cu ilin yanvarında xarici valyutalarda olan əmanətlərin həcmi 9 mlrd. 699.8 mln. manat təşkil edib ki, bu da ayın əvvəli ilə müqayisədə 3,2% artımın olması deməkdir.

Manatla olan depozitlərin həcmi isə 6 mlrd. 652.2 mln. manat təşkil edib ki, bu da yanvar ayı ərzində 5,3% azalma olması deməkdir.

Qeyd edək ki, xarici valyuta olan əmanət dedikdə – qeyri-rezidentlərin və dövlət idarəetmə orqanlarının depozitləri daxil olmadan nəzərdə tutulut.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər