Azərbaycanda beynəlxalq təcrübədən istifadə etməklə Dövlət Ehtiyatları Konsepsiyası hazırlanıb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət komitələrinin birgə iclasında Dövlət Ehtiyatlar Agentliyinin İdarə Heyətinin sədr müavini Hidayət Əzimov bildirib.
“Konsepsiyaya əsasən, dövlət ehtiyatları üç istiqamətli olacaq. Bunlar strateji ehtiyatlar, fövqəladə ehtiyatları və səfərbərlik ehtiyatlarıdır”, – deyə o qeyd edib.
Paralel olaraq “Dövlət ehtiyatları haqqında” qanun layihəsi hazırlanıb və aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir”, – deyə Agentlik rəsmisi əlavə edib.