Maliyyə Nazirliyinin xətti ilə buraxılan dövlət istiqrazlarının gəlirliliyi azalıb.
Banker.az xəbər verir ki, Bakı Fond Birjasında 5 sentyabr tarixində iki növ üzrə istiqrazların satışı gerçəkləşib.
Bildirilir ki, hərracda 1 illik (364 gün) dövlət istiqrazlarınının orta gəlirliliyi 6.26% olduğu halda, 2 illikdə (728 gün) isə 7.48% olub.
Bildirək ki, 1 illik dövlət istiqrazların gəlirliliyi son hərracda 6.5%, 2 illikdə isə 8.05% idi.
Qeyd edək ki, Maliyyə Nazirliyi istiqrazlardan müvafiq olaraq müddətdərdən aslı olaraq 105 milyon və 97.5 milyon manatlıq borc cəlb edib.