26 C
Baku
Tuesday, April 30, 2024

Azərbaycanda dövlət rüsumu üzrə proqnoz 25% artırılır

Azərbaycan hökuməti gələn il dövlət rüsumu üzrə daxilolmaların 272 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.

Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 25.2% çoxdur.

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720.7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5.2% və 3,1% çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579.3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16.95 % azdır.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər