15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı açıqlanıb

Azərbaycanda bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyun ayının sonunda ötən aya nəzərən 225 min ədəd artaraq 12 milyon 244 min ədəd təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21.8% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20.8%, kredit kartları üzrə 28.9% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 76 min, kredit kartları 348 min, digər kartlar isə 1.8 mln. ədəd artıb.

Son xəbərlər
Digər xəbərlər