2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 410 milyon manatı və yaxud 1.1%-i ehtiyat fondlarına ayırmaların payına düşəcək.
Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 2.3% azdır.
O cümlədən, Prezident ehtiyat fondu yenə də 300 milyon manat, büdcənin ehtiyat fondu isə illik müqayisədə 7.95% az – 110 milyon manat təşkil edəcək.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.