2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda elektrik və kanalizasiya xətlərinin çəkilməsində istifadə olunan yeni ölçülü boruların istehsalı başlanıb

“Azertexnolayn” MMC yeni ölçülü (DN100 və DN250) ikiqat qofralı boruların istehsalına başlayıb.
Banker.az bu barədə Sumqayıt Kimya Sənaye Parkına istinadən xəbər verir.
Qeyd edək ki, iki qat borular içərisi müştəri istəyinə uyğun olaraq sarı, ağ və göy rənglərdə olmaqla yüksək sıxlıqlı polietilen (HDPE) tərkibli daxili hamar qat və xarici büzməli qatdan ibarət olur. Bu cür borular yeraltı elektrik kabel xətlərinin və kanalizasiya xətlərinin çəkilməsi zamanı istifadə edilir.
Məlumat üçün bildirək ki, Sənaye Parkında “Azertexnolayn” MMC-nin 3 zavodu – polad boru, polietilen məmulatları və texniki avadanlıqlar zavodları fəaliyyət göstərir. İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, dünyanın 15-dən çox ölkəsinə ixrac edilir.
Son xəbərlər
Digər xəbərlər