Azərbaycanda fəaliyyət göstərən turizm şirkəti müflis olub

Azərbaycanın turizm şirkəti müflis elan olunub.

Banker.az xəbər verir ki, “İz Travel” MMC-nin müflis elan edilməsi barədə kreditor İsmayılova Səbinə Fərhad qızı (Bakı. Bakıxanov qəs. H.Balakişiyev kü. ev 31) tərəfindən verilmiş iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsində 21.02.2022-ci il tarixində, saat 11-50-də həmin məhkəmənin inzibati binasında baxılacaqdır.

Qeyd edək ki, “İz Travel” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Emilya Həsənovadır. İz Travel şirkəti ölkəmiz Azərbaycanı görmək istəyən başqa ölkələrdən turistlərin qəbulu ilə məşğuldur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər