6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda günəş elektrik stansiyası üzrə ilk hərrac keçiriləcək

Energetika Nazirliyi Qobustan rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərrac keçirilməsini elan edir.

Nazirliyin məlumatına əsasən, stansiyada istehsal olunacaq elektrik enerjisinin satın alınmasına “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunda nəzərdə tutulmuş qaydada dövlət tərəfindən təminat verilir.

Hərrac “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”na əsasən hərrac komissiyası tərəfindən açıq auksion formasında, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi (RFQ) və təkliflər sorğusu (RFP) mərhələsi olmaqla 2 mərhələdə həyata keçirilir.

Hərracda iştirak etməkdə maraqlı olan şirkətlərdən aprelin 30-dan etibarən [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edərək ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədini tələb etmələri xahiş olunur. Elektron məktubda ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədini tələb edən şirkətin adı, hansı ölkəyə məxsus olduğu, şirkət nümayəndəsinin adı, soyadı, vəzifəsi, elektron poçt ünvanı və telefon nömrəsi qeyd edilməlidir. İxtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədi müraciət etmiş şirkətlərə mayın 7-dən başlayaraq təqdim ediləcək.

Hərrac iştirakçıları ixtisas uyğunluğunun qiymətləndirilməsi ilə bağlı məlumatları iyunun 14-nə qədər səlahiyyətli orqana 2 nüsxədə təqdim etməlidirlər.

İxtisas uyğunluğunun müəyyənləşdirilməsi mərhələsi iyulun 12-də yekunlaşır.

Əlavə məlumat üçün: +994 12 525 96 31

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər