-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda icbari avtomobil sığortası üzrə ödənişlər azalıb

Azərbaycanda 2016-cı ilin fevral ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçısı olan sığorta şirkətləri tərəfindən 1 616 sığorta tələbi üzrə 2 mln. manata yaxın məbləğdə sığorta ödənişi həyata keçirilib. 

İSB-nun verdiyi xəbərə görə, fevral ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 175 manat təşkil edib.

Ötən ilin fevral ayı ilə müqayisədə informasiya sistemində qeydiyyata alınan sığorta tələblərinin sayında 9,5%, sığorta ödənişlərinin məbləğində isə 4,5% azalma müşahidə edilib.

Fevral ayında İSB tərəfindən 6 kompensasiya tələbi üzrə 28 750 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

Report

Son xəbərlər
Digər xəbərlər