11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda idxalına güzəşt tətbiq edilən malların siyahısı genişləndiriləcək

Dövlət Gömrük Komitəsi (DGK) digər dövlət qurumları ilə işçi qaydada keçirdiyi görüşlərdə istehsal üçün lazımi xammal və materialların gömrük rüsumundan azad olunması və yaxud rüsumunun aşağı salınması barədə razılıq əldə edib, bununla bağlı qərarın yaxın vaxtlarda qüvvəyə minməsi gözlənilir.

Bunu Bakıda keçirilən “Ticarət və İxracat Forumu”nda (TEF-2022) Komitənin Gömrük tariflərinin tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin, Gömrük Ödənişləri İdarəsinin rəisi Tariyel Alverdiyev bildirib.

“Bu ilin yanvar-oktyabr aylarında ölkəyə idxal olunan malların 20 % -i əlavə dəyər vergisinə, 57 %-i isə gömrük rüsumuna cəlb edilməyib. DGK bu azadolmaların sahibkarlığın, yerli istehsalın inkişafına xidmət etdiyini, vətəndaş məmnunluğuna töhfə verdiyini nəzərə alaraq güzəşt siyahılarının daha da genişləndirilməsi qərarına gəlib”, – deyə o, qeyd edib.

“Bu gün Azərbaycanda idxal gömrük rüsumları əvvəlki kimi yeddipilləli deyil, üçpilləlidir – 0 %, 5 % və 15% olmaqla tətbiq olunur. Yəni, xammal 0 %, yarımfabrikatlar 5 %, hazır məhsullar isə 15 % rüsumla ölkəyə buraxılır”, – deyə Talverdiyev əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər