Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 646.5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6.4 faiz azalıb.
Banker.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 50.6 faiz artıb, qazoylların (dizel yanacağının) istehsalı 0.6 faiz, avtomobil benzininin istehsalı isə 3.7 faiz azalıb.
Hesabat dövründə 216.8 min ton avtomobil benzini, 356 min ton dizel yanacağı istehsal olunub.
İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.