9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda iki qardaşa məxsus BOKT xeyli kiçilib

ElçinElmar Əliyev qardaşlarının səhmdarı olduğu “FİNOKO” BOKT 2020-ci ildə xalis mənfəəti ilə ili tamamlasa da, öncəki ildəki göstəricilərdən xeyli geri qalır.

Banker.az bu barədə “FİNOKO” Bank Olmayan Kredit Təşkilatı ASC-nin illik audit hesabatına istinad edir. Hesabatı “RSM Azerbijan” adlı audit şirkəti aparıb.

Bankın faiz gəlirlərinin həcmi 5 065 min manat (yaxud qısaca 5.06 mln manat) həcmində, faiz xərclərinin həcm isə 3 369 min manat olmuşdur. Faiz gəlirləri 5.8% artarkən, faiz xərcləri 12% azalıb ki, bu da xalis faiz gəlirinin 1 691 min manata düşmüşdür.

Qeyri-faiz əməliyyatından olan xərclərin həcmi isə bir qədər də artmışdır. Məsələn, ötən il ərzində müştərilərə verdiyi kreditlərin zəifləməsi, onun haqq və komissiya gəlirlərini 8 min manata qədər azalmış (2019: 14 min manat), 2019-cu ildə 2 min manata yaxın olan “sair” gəliri bu il ümumiyyətlə olmamışdır. İnzibati və sair əməliyyatlar xərci 1 791 min manat (2019: 1 710 min), haqq və komissiya xərcləri 89 min manat (94 min manat) və və valyuta mövqeyinin yenidən qiymətləndirməsi üzrə 11 min manat təşkil edib.

Beləliklə, 189 min manatlı əməliyyat zərəri ortada yaranıb, lakin 296 min problemli kredtin geridönüşü bankı məlum zərərdən yaxa qurtarıb.

BOKT 2020-ci ildə 13 min manat xalis mənfəət əldə edib. Öncəki il bu rəqəm 349 min manat idi.

AKTİVLƏRİNDƏ BÖYÜK ENİŞ

2020-ci ilin əvvəlində 29 119 min manatlıq aktivə sahib olan “FİNOKO” BOKT ilin sonuna 24 877 min manata qədər yuvarlanıb. Aktivlərin əsas hissəini təşkil edən müştərilərə verdiyi kredit portfeli 18 561 min manat qədər eniş yaşayıb. Kreditlərin 144 min manatı korporativ qalanı isə fiziki şəxslərə verilən istehlak kreditləridir.

Bank aktivlərinin digər əsas hissəsi pul və onların ekvivalentləridir. İlin əvvəlində 495 min manat olan bu aktivlərin ilin sonuna 1 406 min manata qədər artıb. Artıma səbəb tələbli bank hesablarının 479 min manatdan 1 399 min manata qədər yüksəlməsidir. Bu vəsaitlərin isə 1 193 min manatı reytinqsiz banklarda olduğu qeyd edilir.

Bank olmayan kredit təşkilatı 2020-ci ildə öhdəliklərini 17% azaltmaqla 20 milyon manata qədər endirib. Öhdəliklərin 2 770 min manatı borc öhdəlikləri, 6 572 min manatı qiymətli kağızlar üzrə öhdəliklər, 171 min manati icarə öhdəliklərinə bağlıdır.

“PAŞA Bank”a olan 5 338 min manatlıq borcu tam bağlamışdır.

Bunu da qeyd edək ki, bankın işçi heyətinin sayı 68 nəfərdən 75 nəfərə qədər artmışdır. BOKT 4 855 min manat nizamnamə kapitalına sahibdir.

Son xəbərlər
Digər xəbərlər