18 C
Baku
Saturday, May 4, 2024

Azərbaycanda ilk dəfə dövlət xərclərinin DİM ilə əlaqələndirilməsi üzrə metodologiya hazırlanıb

Bu il Azərbaycanda ilk dəfə olaraq, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə dövlət xərclərinin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə əlaqələndirilməsi üzrə metodologiya hazırlanıb.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzusunda 3-cü DİM Dialoqunda deyib.

“Büdcə xərc maddələrinin DİM hədəfləri ilə ilkin əlaqələndirilməsi göstərir ki, 2022-ci ildə icmal büdcənin ümumilikdə 82%-i DİM hədəfləri ilə əlaqələndirilib. Bu rəqəm 2022-ci il ÜDM-nin təxminən 23%-nə bərabərdir”, – deyə nazir müavini qeyd edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər