Azərbaycanda ilk dəfə: “PASHA Bank”ın IPO-sunda tələb təklifi üstələdi

“PASHA Bank” ASC-nin səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində keçirilən abunə yazılışı mərhələsində 20 mindən çox investor sifariş yerləşdirib.

Banker.az xəbər verir ki, məlumatı bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev sosial şəbəkə hesabında paylaşıb.

Abunə yazılışı iyunun 12-də başa çatıb.

Bildirilib ki, IPO-ya investor marağı yüksək olub və tələbin həcmi təklifi üstələyib. Bu göstərici Azərbaycanın kapital bazarları tarixində investor tələbinin təklifi keçdiyi ilk IPO kimi qiymətləndirilir.

Cavid Quliyev qeyd edib ki, əldə olunan nəticə həm “PASHA Bank”a, həm də ölkənin kapital bazarlarına investorların etimadını nümayiş etdirir. Onun sözlərinə görə, bu IPO gələcəkdə kapital bazarlarına çıxmağı planlaşdıran şirkətlər üçün mühüm nümunə rolunu oynayacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər