10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda ilk dəfə: “Mercedes”lərin sayı VAZ-ları geridə qoyur

Azərbaycan tarixində ilk dəfə olaraq SSRİ və Rusiya istehsalı olan markaları liderliyini itirib.

Banker.az-ın xəbərinə görə, ölkədə 1 yanvar 2020-ci il tarixinə alman avtomobil markası “Mercedes”in sayı 203 493 ədədə yüksəlib. Bu isə son bir il ərzində 4 477 ədəd artımın olması deməkdir. 1 yanvar 2019-cu il tarixdə “Mercedes”lərin sayı 199 016 ədəd idi.

SSRİ və Rusiya istehsalı olan VAZ 21 01, 03-06 markalı avtomobillərin sayı isə cəmi 76 ədəd artıb və 199 852 ədədə yüksəlib (bir il öncə 199 776 ədəd idi). Bu isə Azərbaycan tarixində ilk dəfə olaraq “Mercedes”lərin ilk sıraya keçməsidir.

avt say

Son xəbərlər
Digər xəbərlər