6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda ilk dəfə partlayıcı maddələr zavodunun inşasına başlanılıb

“AzerGold” QSC-nin törəmə şirkəti olan “AzerBlast” MMC tərəfindən Gəncə şəhərində ölkədə ilk dəfə olaraq sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun inşasına başlanılıb.

Banker.az xəbər verir ki, ümumi sahəsi 5 min 665 kvadratmetr olan istehsal müəssisəsi Kəpəz rayonunda, 15 hektar ərazidə inşa edilməkdədir. İllik istehsal gücü 31 000 ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub. Müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcəkdir. İlkin mərhələdə ölkə üzrə cari təlabata uyğun olaraq aylıq 500 ton, illik 6 000 ton partlayıcı maddənin istehsalı planlaşdırılır. Növbəti illər üzrə artan tələbata uyğun istehsal həcminin də artırılması, sonrakı mərhələdə isə məhsulların xarici bazarlara çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, “AzerBlast” MMC dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilərək, 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC “AzerGold” QSC-nin sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış törəmə cəmiyyətidir. Şirkətin ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə, 49 faizi “DM Servis” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər