Azərbaycanda ilk rübdə icmal büdcədə 208 mln. manat kəsir yaranıb

2026-cı ilin yanvar-mart aylarında icmal büdcənin gəlirləri 8852,8 milyon manat, xərcləri isə 9060,8 milyon manat səviyyəsində icra olunub. İcmal büdcədə 208,0 milyon manat büdcə kəsiri (defisit) yaranıb.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 2131,8 milyon manat, xərcləri 2052,9 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 58,9 milyon manat, xərcləri 38,4 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 569,3 milyon manat, xərcləri 454,6 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 1007,9 milyon manat, xərcləri 3217,1 milyon manat məbləğində icra olunub.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 104,4 milyon manat, xərcləri 98,8 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər