6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda insan kapitalı ilə bağlı proqram hazırlanıb

“İnsan kapitalı ölkənin 2030-cu ilə qədər müəyyən edilmiş 5 prioritetindən biridir”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, bununla bağlı proqram hazırlanıb:

“Strategiyada nəzərdə tutulan tədbirlər planının həyata keçirilməsi üçün müvafiq tədbirlərin başlama və bitmə vaxtı nəzərdə tutulub”.

İdris İsayev qeyd edib ki, 140 minə yaxın müəllim var: “Onların sertifikasiyasının müəyyən hissəsi bu il, müəyyən hissəsi gələn il üçün nəzərdə tutulub. Bu müəllimlərin maaşının artırılması üçün büdcədə vəsait nəzərdə tutulub”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər