19 C
Baku
Friday, May 3, 2024

Azərbaycanda investisiya dəyəri 3 milyon manat olan zavod açılır, yeni iş yerləri açılacaq

“Holcim (Azərbaycan)” ASC tərəfindən əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa olunacaq, sement satışı üzrə terminal təşkil ediləcək.

Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident – “Holcim (Azərbaycan)” ASC qeydiyyata alınıb.

İnvestisiya dəyəri 3.4 milyon manat olan müəssisədə 20 nəfərdən çox insanın daimi işlə təmin olunması planlaşdırılır. İstehsal ediləcək məhsulların daxili bazarda satışı nəzərdə tutulur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər