9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda investisiya şirkəti rebrendinq edib – Foto

“Unicapital İnvestisiya Şirkəti” ASC yenilənmiş vizual konseptini və “Hədsiz imkanlar” şüarını təqdim edib. Həmçinin Şirkət ötən aylarda yenilənmiş “unicapital.az” saytını istifadəyə verib.

“Unicapital”ın hazırkı strategiyası isə müştərilərinə daha geniş investisiya xidmətləri təqdim etmək, innovativ yanaşması ilə investisiya sahəsini hər kəs üçün əlçatan etməkdir. Şirkət yeni bazarlara çıxışı təmin etməkdə, təqdim etdiyi investisiya alətlərinin siyahısını artırmaqda davam edir. Yeni konsept isə bu təşəbbüsü bariz şəkildə nümayiş etdirir.

Xatırladaq ki, Nizamnamə kapitalı 100%-lik “Unibank KB ASC”yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti”, 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. 

unicapital jpg1

Son xəbərlər
Digər xəbərlər