6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda ipoteka istiqrazlarına tələbat azalıb

1 aprel 2015-ci il tarixində Azərbaycanda 5 milyon manat məbləğində keçirilmiş sonuncu yerləşdirmə çərçivəsində ipoteka istiqrazlarına olan tələbat təklifin həcminə uyğun olub.

İndiyədək Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun (AİF) qiymətli kağızları bəzən yerləşdirmənin həcmini dəfələrlə üstələyib.

Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, AİF-in doqquzuncu emissiyasının ikinci tranşı çərçivəsində faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazların beş milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Hərracda bir birja üzvü iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə beş milyon manat təşkil edib.

Sifariş 100,6500 faiz qiymətdə təqdim edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi beş milyon manat məbləğində müəyyən edilib.

İstiqrazların ödənmə tarixi 21 noyabr 2024-cü ildir.

Son xəbərlər
Digər xəbərlər