6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda iri aqrar şirkətlər qrupunun kapitalı azaldılıb

Azərbaycanda bağçılıq sahəsində fəaliyət göstərən şirkətlər qrupu “Agro Food İnvestments” MMC-nin nizamnamə kapitalı azaldılsa da, ona daxil olan şirkətin kapitalı artırılıb.

Banker.az xəbər verir ki, “Agro Food İnvestments” şirkətinin nizamnamə kapitalı 9 163 326 manat və ya 4.5% azaldılmaqla 193 025 487 manat qədər azaldılıb.

Onun idarəetməsində olan “Grand-Agro” MMC-nin nizamnamə kapitalı isə əksinə, artırılıb. Belə ki, şirkətin nizamnamə kapitalı 4 500 000 manat və ya 8% artırılmaqla  61 060 000 manat təşkil edib.

“Agro Food İnvestment”un portfelinə “Azərşəkər” MMC, “Yalama Aqro Park MMC, “Grand-Agro” MMC, “Grand-Agro Invitro” MMC, “Grand Logistic Center” MMC və Şəmkir Aqropark daxildir.

 

Son xəbərlər
Digər xəbərlər