16 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda işləmək üçün icazə alan əcnəbilərin sayı 41% artıb

2023-cü ilin birinci rübünün sonuna Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2 813 nəfər olub.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bilirilir.

Bu da 2022-ci ilin müvafiq dövründən 41 faiz çoxdur. Həmin müddətdə Azərbaycana 1 998 nəfər əcnəbi iş üçün müraciət etmişdi.

Onlardan 43.1 faizi tikintidə, 10.2 faizi emal sənayesində, 8.4 faizi mədənçıxarma sənayesində, 7.4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5.5 faizi informasiya və rabitə, 5.4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri və 20.0 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər