9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda İslam bankçılığı ilə bağlı qanunvericilikdə dəyişikliklər edilə bilər

Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsinə, “Banklar haqqında” qanunda “İslam banklarının fəaliyyətlərinin tənzimlənməsi” adlı yeni bölmə əlavə edilməsinə ehtiyac var.

Bununla bağlı “Azərbaycanda alternativ maliyyə və islam bankçılığı üzrə ehtiyacların qiymətləndirilməsi” layihəsi çərçivəsində aparılmış sorğunun hesabatında vurğulanıb. Hesabata görə, bu dəyişiklik fəaliyyətdə olan bankalara İslam bankçılığının məhsullarını təqdim etməyə imkan verməlidir.

“Dəyişikliklər özündə İslam banklarına dair tələbləri, İslam maliyyələşdirilməsi üzrə fəaliyyət göstərəcək Şuranın (Şəriət Şurasının) formalaşma prinsiplərini, hüquq və öhdəlikləri, İslam banklarının fəaliyyət çərçivəsi, İslam bankalarının məhsul və xidmətlərinin çeşidi, xüsusiyyətləri, ənənəvi bankların İslam bankına çevrilməsi mexanizmlərini ehtiva etməlidir. Bununla yanaşı, İslam bankçılığının ilkin dövrlərində əhalinin əmanətlərini bu maliyyə institutlarına cəlb etmək üçün 5 il ərzində gəlir və divident vergilərindən güzəştli azadolma tətbiq etmək təklif edilir. İslam banklarının sərbəst fəaliyyəti üçün birgə müəssisələrin təşkili, birgə fəaliyyət üzrə öhdəliklərin formalaşması, payda iştirak və əldə olunan dividentlər üzrə gəlirlərin vergiyə cəlbi istiqamətində islahatlar aparmaq təklif edilir”, – deyə vurğulanıb.

Hesabatda İslam bankçılığı sahəsində peşəkar kadrların hazırlanması istiqamətində bir sıra təkliflər var: “Azərbaycanda fəaliyyət göstərən maliyyə və bank işi ixtisasları üzrə kadr hazırlığını həyata keçirən ali məktəblərin bakalavr və magistr pillələrində İslam bankçılığı üzrə dərsləri seçmə və ya məcburi fənn kimi kurikuluma salmaq, İslam bankçılığı üzrə beynəlxalq sertifikat proqramlarının alınması üçün kadrların əlçatanlığını asanlaşdırmaq, respublikada fəaliyyət göstərən ictimai birliklər, sahibakların assosiasiyaları vasitəsilə İslam bankçılığı üzrə təlimlər təşkil etmək”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər