13 C
Baku
Friday, May 10, 2024

Azərbaycanda işsizlik səviyyəsi dekabrda artıb – RƏSMİ

Azərbaycanda işsizlik səviyyəsi son 1 ildə ilk dəfə artıb.

Bu, Banker.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilir.

Ölkədə ümumi işsizlik səviyyəsi 1 yanvar 2023-cü il tarixinə 5.629%-dən 5.640%-ə qədər artıb. İşsizlik səviyyəsi noyabrın əvvəli 5.637% təşkil edirdi və bu dekabrda bir qədər azalıb.

136713276132

İşsizlik iqtisadi fəal əhalinin müəyyən hissəsinin öz iş qüvvəsini tətbiq edə bilmədiyini əks etdirən sosial-iqtisadi göstəricidir.

İşsizlik səviyyəsinin artmasında səbəb iqtisadi fəal əhalinin sayının dekabrda 2.3 min artımla 5 mln. 358.4 min nəfərə çatdığı halda, məşğul əhalinin isə cəmi 1.6 min nəfər artımla 5 mln. 056.2 min artmasıdır. Beləliklə, 0.7 min nəfər bu fərqdən işsizlik üçün say artımı olub ki, dekabrın sonuna işsizlərin sayının 302.2 nəfərə çatdırıb.

2022-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 mln. 732.5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903.3 min nəfər, qeyri-dövlət sektorunda isə 829.2 min nəfər təşkil etmişdir.

İqtisadiyyatın neft-qaz sektorunda 316 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 mln. 700.9 min nəfər çalışıb.

1 dekabr 2023-cü il tarixinə isə Azərbaycanda ümumilikdə 10 mln. 215 min nəfər əhali olduğu açıqlanıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər