16 C
Baku
Friday, May 3, 2024

Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı artıb

Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb.

Banker.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki,  2023-сü ilin yanvar-oktyabr aylarında 2376 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 742 ədəd çox minik avtomobili istehsal olunub.

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2023-сü ilin yanvar-oktyabr aylarında 558.9 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33.9 faiz, maşın və avadanlıqların istehsalı 30.2 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 16.2 faiz azalıb. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 9 faiz artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər