6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda ixrac və ya idxal ilə məşğul olan fərdi şəxslərin sayı 30 minə yaxınlaşıb

Xarici ticarət iştirakçılarının sayı 2022-ci ilin yanvar-may ayı ilə müqayisədə 2023-cü ilin eyni dövründə 9 655 şəxs artaraq 37 365 şəxs təşkil edib. 2022-ci ilin 5 ayında  xarici ticarət iştirakçılarının sayı 27 710 şəxs olmuşdu.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu ilin yanvar-may ayında xarici ticarət iştirakçılarının sayı fiziki şəxslər üzrə 8 817 şəxs artaraq 629 595 nəfər, hüquqi şəxslər (şirkətlər) üzrə isə 838 şəxs artaraq 7 770 şəxs olub.

Hüquqi şəxslər üzrə xarici ticarət iştirakçıların 212-si dövlət sektorundan, 7 558-si özəl sektordan olub. Ötən ilin eyni dövründə isə hüquqi şəxslər üzrə xarici ticarət iştirakçıların 202-si dövlət sektorundan, 6 730-u özəl sektordan idi.

Son xəbərlər
Digər xəbərlər