Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
Banker.az xəbər verir ki, ölkədə virusa yoluxanların 54.2 %-i Bakının payına düşür.
Yoluxma göstəricisi Abşeronda 13 %, Aranda 12 %, Gəncə-Qazaxda 7.2 %, Şəki-Zaqatalada 4.1 %, Quba-Xaçmazda 3.1 %, Lənkəranda 2.4 %, Dağlıq Şirvanda 2.3 %, Yuxarı Qarabağda 1.4 %, Naxçıvan Muxtar Respublikasında 0.8 %-dir. Ölkə xaricindən gələnlərdə yoluxma halı 0.3 % təşkil edir.