18 C
Baku
Thursday, May 16, 2024

Azərbaycanda kredit təşkilatlarının kredit portfeli 18.6 mlrd. manata çatıb

Azərbaycanda kredit təşkilatlarının iqtisadiyyata kredit qoyluşu son ayda daha 1.41% artıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 1 iyun 2022-ci il tarixinə olan statistikasına istinadən xəbər verir.

Qeyd edilir ki, kredit təşkilatlarının kredit qoyuluşu 18 mlrd. 577.9 mln. manat olub. Bunun 3 mlrd. 634.4 mln. manatı dövlət banklarının, 14 mlrd. 463.9 mln. manatı özəl bankların və 479.6 mln. manatı isə qeyri-bank kredit təşkilatlarının payına düşüb.

Dövlət banklarının kredit portfeli son ayda 1.04% və özəl bankların 1.55% artmış olub.

Kreditlərin 932.6 mln. manatı dövlət sektoruna 16 mlrd. 971.6 mln. manatı özəl və 9 mlrd. 683.4 mln. manatı ev təsərrüfatlarına yönəldilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər